Musiqi dinləməsi III sinif

SOLO - italyan sözü olub, tərcüməsi tək, yeganə, bir deməkdir. Belə musiqi əsərləri bir alətə, ya da bir səs üçün yazılır. Müşayətlə bəzən də müşayətsiz ifa olunur. Q.Qarayevin fortepiano üçün yazdığı do minor prelüdü solo ifaya ən bariz nümunələrdən biridir.

AKKOMPANEMENT - fransız sözü olub müşayət deməkdir. Akkompanement zamanı vokal ifaçı və ya solo ifa edən alət bir və ya bir neçə alətlə müşayət edilir. Akkompanement solo ifaçıya daha dəqiq oxumağa və ya çalmağa kömək edir, ritmik və harmonik dayaq olur. Fransız bəstəkarı Şarl Kamill Sen-Sans “Heyvanların karnavalı” zoo fantaziyasında “Qu quşu” pyesini skripka fortepianonun müşayəti ilə ifa edir.

Sənədin adı: Musiqi dinləməsi III sinif
Yazar