Ansambl ifa

Fortepiano ansamblları son on illikdə bütün dünyada geniş marağa səbəb olan instrumental ifaçılıq janrıdır. Bu marağa səbəb kimi bir neçə amili, məs: keçmiş zamanların duet piano ifaçılığı ənənələrinin yenidən yaşadılması; XV-XIX əsr bəstəkarlarının ölməz yüksək bədii sujetə malik əsərlərinə heç zaman bitməyən və azalmayan marağın olması; müasir bəstəkarların əsərlərində uzun təkamül yolu keçən fortepiano duet ifaçılığı dəsti-xəttinə necə sadiq qalınğını, əsas da fortepiano ansamblının daha çox dinləyici marağına səbəb olmasını göstərmək olar.

Bu maraqları nəzərə alaraq Yaponiyada 1991-ci ildə Fortepiano duetlərinin Beynəlxalq Assosiasiyası, Rusiyada isə Ümummilli fortepiano duetləri Assosiasiyası yaradılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və təhlil edərək fortepiano ansamblı ifaçılığı üzrə müasir dövrdə beynəlxalq əhəmiyyətli müsabiqələrin, festivalların heç də təsadüfü keçirilmədiyinin, günün tələbi olduğu nəticəsinə gəlirik. Məhz XX əsrin sonları, XXI əsrin əvvlərində bu janr üzrə elmi araşdırmalar aparılmış, məqalələr yazılmışdır. 2001-ci ildə Rusiyanın şimal sərhəddi olan, şəhərlər arasında məxsusi yerə malik olan Sankt-Peterburqda “Fortepiano ansamblı-bəstəkarlıq, ifaçılıq, pedaqogika” adı altında Beynəlxalq elmi konfrans keçirilmişdir. Bu mötəbər məclisdə ABŞ-dan, İzraildən, Baltikyani dövlətlərdən ixtisasçılar, ifaçılar, mütəxəssislər iştirak etmişdilər və duet ifaçılığında hal-hazırda mövcud olan praktiki və nəzəri problemləri araşdırmışdılar.

Sənədin adı: Ansambl ifa-88+20 =D U E T
Yazar