Dostum fortepiano

Mən sizə hamının tanıdığı, lakin hər kəsin dostlaşa bilmədiyi dostumdan danışacam. İnsanlardan fərqli olaraq o cansızdır. Amma onunla ünsiyyət qura bilsən o səninlə danışar, gülər, sevinər, oynayar, darıxar, ağlayar, kədərlənər yaxud səni qədim dövrlərə, xəyallar, nağıllar aləminə apara bilər. Onun sevimlisi olmaq üçün onunla düzgün ünsiyyət qurmaq, onun dilini bilmək və onun yaxından tanımaq lazımdır.

Mənim dostumun adı FORTEPİANODUR.

Ən geniş yayılmış musiqi alətlərindən biri fortepianodur ki, onun da iki növü var: piano və royal. Pianoda simlər şaquli, royalda isə horizantal yerləşir. Bu alət mürəkkəb quruluşlu olub, klavişli-simli mexanizmə malik, akustik aparatdan və dayaq konstruksiyadan ibarətdir. Alət geniş səs diapazonuna malikdir. Alətdə ifa zamanı müxtəlif yüksəkliklərdə səslənmələr almaq mümkündür.

Müasir alətdə iki və ya üç, çox nadir hallarda dörd pedal olur. Sağ pedal tez-tez istifadə olunur. O basıldıqda bütün dempferlər qalxır, buraxıldıqdan sonra müvafiq simlərin səslənməsi davam edir. Bu pedal səslərin qırılmazlığını təmin edir və əsərlərdə Ped. işarə edilir. Romantizim İmpresionizm dövrünün bəstəkarlarının əsərlərində səsə xüsusi ahəng vermək üçün sağ pedaldan çox istifadə edilib.

Sənədin adı: Dostum fortepiano
Yazar